AZ

Azərbaycanda mikro sahibkarlığa verilən kreditlər 3,5 milyard manatı ötüb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda mikro sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 3,520 milyard manat təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin noyabr ayının 1-i ilə müqayisədə77,4 milyon manat və ya 2,2%, ötən ilin eyni dövrünə nisbətən isə429,5 milyon manat və ya 13,9% çoxdur.

Belə ki, cari ilin noyabr ayının 1-nə Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,442 milyardmanat, 2024-cü ilin dekabrın 1-nə isə 3,090 milyard manat idi.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklarınkredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyardmanat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2%(15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyardmanat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkiledib.

Seçilən
24
29
az.trend.az

10Mənbələr