Bakı. Trend:
Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının tikinti sahəsi üzrəbiznes kredit portfeli 1,551 milyard manat təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıqmüqayisədə 39,6 milyon manat və ya 2,6%, ötən ilin eyni dövrünənisbətən isə 71,9 milyon manat 4,9% artıb.
Belə ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmiş bizneskreditlərin məbləği 2025-ci ilin noyabrın 1-nə 1,512 miyard manat,ötən ilin dekabrın 1-nə isə 1,479 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklarınkredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyardmanat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2%(15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyardmanat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkiledib.