AZ

Böyük Britaniya NATO öhdəlikləri üçün 2040-a qədər 800 milyard xərcləməlidir – ÖZƏL

Böyük Britaniyanın NATO çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün 2040-cı ilə qədər müdafiə sahəsinə əlavə olaraq təxminən 800 milyard funt sterlinq (1 trilyon ABŞ dollarından çox) vəsait ayırması tələb olunur. 

Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti EY (Ernst & Young) qlobal şəbəkəsinin strateji konsaltinq bölməsi olan EY-Parthenonun hesabatına istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Birləşmiş Krallıq hökuməti qarşıdakı 15 il ərzində NATO ilə bağlı iddialı hədəflərə çatmaq üçün müdafiə layihələri və daha geniş strateji infrastruktur məqsədləri naminə 800 milyarddan artıq əlavə maliyyə resursu cəlb etməlidir. Bu hədəflər ABŞ prezidenti Donald Trampın təzyiqlərindən sonra müəyyənləşdirilib.

Qeyd edək ki, iyun ayında Haaqada keçirilən NATO sammitində Avropa ölkələrinin hərbi xərclərinin 2034-cü ilə qədər ÜDM-in 5 faizinədək artırılması barədə qərar qəbul olunub.

Müdafiə xərcləri paketinə yeni kazarmaların tikintisi, muxtar hərbi sistemlərin hazırlanması, sursat istehsalı zavodlarının inkişafı və hərbi-dəniz bazalarına yatırımlar daxildir. Eyni zamanda hərbi mobilliyin artırılması, təchizat zəncirlərinin dayanıqlığı və strateji texnologiyaların tətbiqi üçün yol və dəmir yolu infrastrukturuna əlavə investisiyalara ehtiyac yaranacaq.

EY-nin Böyük Britaniyada makroiqtisadiyyat və geostrateji istiqamət üzrə rəhbəri Mats Persson bildirib ki, müdafiə sahəsində yeni prioritetlər ölkənin maliyyə gündəliyini köklü şəkildə dəyişir. Onun sözlərinə görə, qarşıdakı 15 ildə enerji, infrastruktur, səhiyyə və müdafiə sahələrində "birdəfəlik transformasiyalar" səbəbindən maliyyə ehtiyacları daha da artacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
50
olaylar.az

10Mənbələr