ain.az, Unikal.az saytına istinadən bildirir.
Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
"Unikal" xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.