AZ

Zaqatalada maşınlar toqquşdu, yaralılar var

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var. Avtosfer.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə  bir neçə nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Seçilən
57
50
avtosfer.az

10Mənbələr