AZ

Zaqatalada minik avtomobilləri toqquşub: Xəsarət alanlar var

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, minik avtomobillərinin toqquşması zamanı bir-neçə nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
49
18
cebheinfo.az

10Mənbələr