İrkutskda dəhşətli hadisə baş verib: 3 və 5 yaşlı uşaqların meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Rusiyanın İrkutsk şəhərində 3 və 5 yaşlı iki uşağın cansız bədəni tapılıb. İlkin versiyaya görə, azyaşlıların qətlində onların anası şübhəli bilinir.
Müstəntiqlər qadını dindiriblər. Bildirilir ki, ailə əvvəllər heç vaxt hüquq-mühafizə orqanlarının və ya sosial xidmətlərin diqqətini çəkməyib, nümunəvi ailə kimi tanınıb və uçotda olmayıb.
Xuraman Etibarlı
İnterpress.az