AZ

Faciə: Entoni Coşua qəzaya düşdü, iki məşqçisi öldü

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Britaniyalı boksçu Entoni Coşuanın Nigeriyada uğradığı qəza nəticəsində iki nəfə ölüb. "Football-plus.az" xəbər verir ki, qəza Laqos-İbadan trassında baş verib. İdmançının da salonunda olduğu miniş maşını yolda dayanan yük maşınına çırpılıb. Nəticədə ön oturacaqlarda əyləşən iki məşqçi – Sina Qani və Robert Lats hadisə yerində dünyasını dəyişib. Məhz bu iki məşqçi Coşuanı bloger Ceyk Pol ilə döyüşə hazırlaşdırmışdı. Qəza zamanı arxa oturacaqda əyləşən Coşua yüngül xəsarətlər alıb.Xatırladaq ki, Coşua IBF, WBA və WBO versiyaları üzrə ağır çəkidə sabiq dünya çempionu, həmçinin Olimpiada-2012-nin qalibidi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
23
icma.az

10Mənbələr