İkiqat dünya çempionu, britaniyalı boksçu Entoni Coşua ölümcül yol-nəqliyyat hadisəsindən sonra paylaşım edib.
Publika.az xəbər verir ki, “Qardaşlarımın qoruyucusu”, – deyə Coşua fotonu paylaşaraq yazıb.
Qeyd edək ki, faciə 29 dekabrda Nigeriyanın Laqos–İbadan yolunda baş verib. Coşuanın içində olduğu “Lexus” markalı SUV yolda dayanmış yük maşınına çırpılıb. Hadisə nəticəsində britaniyalı boksçunun iki məşqçisi – Sin Qami və Kevin Ayodele həlak olub. Coşua isə ciddi xəsarətlərdən qorunub və faciədən bir neçə gün sonra Böyük Britaniyaya qayıdıb.