Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Benfika"nın 37 yaşlı müdafiəçisi Nikolas Otamendi karyerasını Braziliya çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diário de Transferências" yayıb.
Məlumata görə, argentinalı futbolçu "Vasko da Qama"nın transfer siyahısındadır. Otamendini carı mövsümün sonunda sıralarına cəlb etməyi hədəfləyən klub hazırda "Benfika" ilə danışıq aparır. Sözügedən oyunçu daha öncə də Braziliyada top qovub. O, 2014-cü ildə "Portu" tərəfindən "Atletiko Mineyro"ya 6 aylıq icarəyə verilib.
Qeyd edək ki, cari mövsüm "qartallar"ın forması ilə 28 matça çıxaraq 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.