AZ

Neftçi nin futbolçusu Braziliya klubuna təklif olundu

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi"nin futbolçusu Vinsent Əbubəkar Braziliyanın "Vasko da Qama" klubuna təklif olunub. Sport24.az xəbər verir ki, bu barədə braziliyalı jurnalist Felipe Silva məlumat yayıb. "Vasko da Qama" rəhbərliyi 33 yaşlı futbolçu ilə müqavilə imzalamaq ehtimalını dəyərləndirir. Klub mövsümün qalan hissəsi üçün idman planı çərçivəsində kamerunlu hücumçu ilə bağlı yaxın günlərdə qərar verməlidir.Afrikalı forvardın "Neftçi" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Lakin tərəflər arasında yeni sözləşmə gözlənilmir. Bu da mümkün transfer danışıqlarını maliyyə və sərbəst buraxılma baxımından asanlaşdıra bilər.Məlumata görə, Abubakar Braziliyada oynamağa müsbət yanaşır və "Vasko da Qama"nın rəqabətədavamlı idman layihəsi təqdim edəcəyi təqdirdə bu kluba transfer olmağa hazırdır.Cari mövsümdə "Neftçi"nin heyətində 10 oyuna çıxan hücumçu 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
11
sport24.az

10Mənbələr