AZ

Braziliya klubu iki hücumçunun transferini bir gündə açıqlamağı planlaşdırır

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Braziliyanın "Santos" klubunun rəhbərliyi 33 yaşlı hücumçu Neymarın müqaviləsinin müddətini uzatmağı və akademiyanın yetirmələrindən biri olan 29 yaşlı Qabriel Barbosanı "Kruzeyro"dan geri qaytarmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib. 

Mənbənin sözlərinə görə, "Santos" hər iki hücumçu ilə razılığa gəlməyə yaxındır və onların transferləri eyni gündə açıqlana bilər.

Qeyd edək ki, 33 yaşlı Neymar 2025-ci ilin yanvarında "Santos"a qayıdıb və başa çatan mövsümündə bütün tunirlərdə 28 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Qabriel Barbosa isə 2025-ci ilin yanvarından "Kruzeyro"da oynayır. Hücumçu son mövsümündə meydana çıxdığı 49 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
11
sport24.az

10Mənbələr