Bakı. Trend:
Bu gündən işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisişəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlərtətbiq ediləcək.
Trend-inməlumatına görə, bununla bağlı Tarif (qiymət) Şurası müvafiq qərarverib.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədəgörülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsaitqoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlətdəstəyinin davamı olaraq “Azərişıq” ASC-nin təklifləri əsasındaTarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdəelektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödənişməbləğlərinə güzəştlər müəyyən edilib.
Bu gündən məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-aqədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrikşəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.
İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin vəistehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65 %güzəşt tətbiq ediləcək.
Həmçinin, istehlak gücü 200 kVt-a qədər (orta gərginliklişəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin,habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərininaşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrəqoşulması ödənişsiz olacaq.
Vurğulanıb ki, bu sahədə tətbiq olunan güzəşt və azadolmalarabonentlər üçün elektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatanvə sərfəli edəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalininməskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinəəlavə stimul verəcək.
Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçünlayihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərininyaradılmasını dəstəkləyir.
Qeyd edək ki, dəyişiklik 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.
İşğaldan azad edilmiş ərazilərdə elektrik şəbəkəsinəqoşulma xidmətinə görə yeni müəyyənləşdirilmiş qiymətlərinindiyədək tətbiq olunan qiymətlərlə müqayisəsi:
№ | Xidmətin adı | Ölçü vahidi | Ödəniş məbləği (manat, ƏDV ilə) | |
1 yanvar 2026-cı il tarixindən sonra | 1 yanvar 2026-cı il tarixinədək | |||
1. | Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-aqədər (200 kVt daxil olmaqla) olan tikinti obyektlərinin mövcud 0,4kV-luq şəbəkəyə qoşulması (təchizat sxemi üzrə) | |||
1.1. | 1-fazlı (10 kVt-a qədər, 10 kVt daxil olmaqla) | 1 kVt güc üçün | 0 | 40 |
1.2. | 1-fazlı (10,1 kVt-dan 20 kVt-a qədər, 20 kVt daxilolmaqla) | 1 kVt güc üçün | 0 | 60 |
1.3. | 3-fazlı | 1 kVt güc üçün | 102.55 | 293 |
2. | Tələb olunan gücü 200 kVt-a qədər (orta gərginliklişəbəkədən) və 200 kVt-dan yuxarı olan tikinti obyektlərinin, habeləelektrik enerjisi istehsalçılarının tikinti obyektlərinin elektrikşəbəkəsinə qoşulması (3-fazlı təchizat sxemi üzrə) | |||
2.1. | Aşağı gərginlikli şəbəkədən | 1 kVt güc üçün | 0 | 293 |
2.2. | Orta gərginlikli şəbəkədən | 1 kVt güc üçün | 0 | 170 |