“Etirazçılar yolları bağlayır, hökumət əleyhinə şüarlar səsləndirir, silahlı qruplarla toqquşurlar. Buşehr və Lorestan əyalətlərində dövlət bayraqlarının cıxarılması və cırılması halları qeydə alınıb”, - xəbərlərdə vurğulanır.
Bir sıra regionlarda vəziyyət gərgin olaraq qalsa da, bununla bağlı hökumət hələlik rəsmi açıqlama verməyib. Sosial şəbəkələrdə yayılan videolarda pulemyotdan atəş açıldığı ehtimal edilir. Hazırda bu görüntülərin həqiqiliyinə dair rəsmi təsdiq yoxdur.
Bundan əvvəl İran polisi asayişi pozanlara qarşı qəti addımlar atacağına söz verib.
- Polis İdarəsi özünü xalqla bir hesab edir və vətəndaşların qanun çərçivəsində tələblərini bildirmək hüququnu tanıyır, lakin ictimai təhlükəsizlik məsələlərində güzəştə getməyə imkan verməyəcək”, - Lorestan vilayəti polisinin rəhbəri Möhəmməd Reza Haşemifar deyib.
— Ahmadov (@BigAhmadov) January 2, 2026
![]() |
| “İşimizə qarışan əli kəsərik!” –İran rəsmiləri Trampa cavab verdilər |
Xatırladaq ki, iki günlük nisbi sakitlikdən sonra Tehranda yenidən etirazlar başlayıb. Yanvarın 2-də axşam saatlarında nümayişçilər Tehranın şərqindəki Tehranpars və Həft Xouz rayonlarının, eləcə də şəhərin qərbindəki Əryaşəhr (Sadegieh) küçələrinə çıxıblar. Etirazçılar ölkənin ali rəhbərliyini tənqid edən şüarlar səsləndiriblər.
ABŞ prezidenti Donald Tramp, öz növbəsində, sosial şəbəkədə etdiyi paylaşımda bilirib ki, əgər İran hökuməti adətinə uyğun olaraq, dinc etirazçıları öldürsə, Birləşmiş Ştatlar onların köməyinə gələcək.
Bu iddianın cavabında İranın Ali dini liderinin müşaviri Əli Şamxani ölkənin daxili işlərinə müdaxilə etməyə çalışan əllərin kəsiləcəyini açıqlayıb.
— Ahmadov (@BigAhmadov) January 2, 2026
Sahil İsgəndərov
AzVision.az
