AZ

İranda etirazlar səkkizinci gündür davam edir, ölənlərin sayı 20-yə çatıb

İranda

APA xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Qeyd edilib ki, İranda ardıcıl səkkizinci gündür etiraz aksiyaları keçirilir.

26 vilayətin 78 şəhərində 222 yerdə nümayişlər, tətillər və tələbə etirazları qeydə alınıb, ümumi ölənlərin sayı 20-yə çatıb.

Məlumata görə, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə, bir neçə ərazidə davam edən qarşıdurmalara baxmayaraq, etirazların coğrafi yayılması dəyişməz olaraq qalıb.

Bildirilib ki, son səkkiz gün ərzində ən azı 19 mülki şəxs və bir təhlükəsizlik qüvvəsi əməkdaşı ölüb, ən azı 51 nəfər yaralanıb.

HRANA bildirib ki, etirazlar zamanı 17 universitetdə tələbə fəallığı müşahidə olunub.

Təkcə son 24 saat ərzində Tehran, Məşhəd, Şiraz, Kərəc, Qəzvin, Yəzd, Bəndər Abbas, Təbriz, Kirmanşah, Xorrəmabad, Şahrud, Dorud, Qəçsaran, Yasuc, Buşehr, Lahican, Nişapur, Məhəllət, Rudbar, Borucerd və Mərvdəşt də daxil olmaqla 20-dən çox şəhərdə etirazlar baş verib.

Şənbə günü İranın qərbindəki İlam vilayətinin Məlikşahi şəhərində təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb, nəticədə ən azı beş nəfər ölüb, 30 nəfər yaralanıb.

Seçilən
62
49
xalqcebhesi.az

10Mənbələr