Paytaxt və bölgələrdə etirazçılar barikadalar quraraq təhlükəsizlik qüvvələrinə qarşı silahdan istifadə edirlər...
Poliqon xəbər verir ki, İranda baş verən etiraz aksiyaları artıq silahlı qarşıdurmalara keçib. Xarici KİV-lərin məlumatına görə, etirazçılar şəhərlərin girişlərinə yanan barikadalar quraşdırır, təhlükəsizlik qüvvələrinin irəliləməsini əngəlləmək üçün alovlu baryerlər yaradır, bəzi qruplar isə avtomatik silahlarla silahlanıb.
Tehranda insanlar yolları bağlayaraq hökumət əleyhinə şüarlar səsləndirirlər: “Hameneyinin ölümü! Bu il qan ili olacaq, Seyid Ali devrilməlidir!” Şimal-qərb bölgələrində isə yaşayış məhəllələrində atışmalar baş verir. Əhvaz şəhərində bir neçə dinc sakin yaralanıb, təhlükəsizlik qüvvələri alovlu barikadalar səbəbindən hadisə yerinə çata bilmir. Mehelat şəhərində yol polis məntəqəsi və polis avtomobili yandırılıb, bir etirazçı öz hazırladığı alovfışan vasitəsilə polislərə hücum edib.
İlam əyalətində öldürülmüş etirazçının dəfnində “İslam Respublikasının ölümü!” şüarı səslənib. Bu arada, İranın ali lideri ayətulla Əli Hameneyi etirazçılara qarşı sərt tədbirlər görülməsini çağırıb. Etirazçılar isə cavab olaraq atıcı silahlardan istifadə edərək silahlı müqavimət göstərirlər.
Poliqon.info