![]() |
| KİV: Tramp aspirini normadan çox qəbul edir |
“Maduroya dedim ki, təslim olmalısan. Sən təslim olmağa məcbursan. Onunla müzakirələr apardım, şəxsən özüm danışdım. Amma o, ‘yox’ dedi”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti əməliyyatın dörd gün əvvəl icra edilməsinin planlaşdırıldığını, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salındığını bildirib.
“Biz bunu dörd gün əvvəl etməli idik, amma hava imkan vermədi. Hava şəraiti mütləq uyğun olmalıdır”, – deyə o əlavə edib.
Tramp həmçinin Maduronun gizləndiyi məkanın yüksək səviyyədə qorunduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, Venesuela liderinin qaldığı yer qala tipli təhlükəsizlik sistemi ilə əhatə olunub:
“Qaldığı yer sanki bir qala idi. Çox yüksək səviyyədə qorunurdu. Evin qapıları poladdan idi. Evdə hər tərəfi möhkəm poladla əhatə olunmuş ayrıca təhlükəsizlik sahəsi var idi”.
ABŞ prezidenti bildirib ki, Maduronun həmin təhlükəsizlik zonasına daxil olmaq cəhdi sürətli müdaxilə nəticəsində baş tutmayıb.
“O, ora daxil olmağa çalışdı, lakin son dərəcə sürətli müdaxiləmiz buna imkan vermədi”, - Tramp bildirib.
O qeyd edib ki, əməliyyat zamanı poladı kəsmək üçün xüsusi güclü qaz məşəlləri də hazır vəziyyətdə olub, lakin buna ehtiyac qalmayıb.
AzVision.az
