AZ

Tramp Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı iddiaları şərh edib

ABŞ hökuməti Ukraynanın Rusiya Prezidenti Vladimir Putinə məxsus iqamətgahı hədəfə almadığını müəyyən edib.

Xarici KİV-lər   xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp jurnalistlərə açıqlamsında danışıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən həftə bəyan etmişdi ki, Ukrayna Rusiyanın şimal-qərbində yerləşən Novqorod vilayətində Putinin dövlət iqamətgahına qarşı PUA-larla hücum həyata keçirib və Rusiya hava hücumundan müdafiə sistemləri bu hücumu dəf etməyə müvəffəq olub. Ukrayna lideri Volodimir Zelenski Kreml tərəfindən irəli sürülən ittihamı dərhal təkzib etmişdi.

Tramp bildirib ki, Putinin iqamətgahının yaxınlığında "hər hansı hadisə baş verib", lakin ABŞ rəsmiləri Rusiya prezidentinin iqamətgahının birbaşa hədəf alındığını təsdiqləyən dəlillər aşkar etməyiblər.

"Bu zərbənin baş verdiyinə inanmıram. Araşdırma aparmaq imkanımız olduqdan sonra bunun baş verdiyinə inanmadığımız qənaətinə gəldik",- deyə Tramp bazar günü Floridadakı evindən Vaşinqtona qayıdarkən jurnalistlərə deyib.Trend.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
88
50
olaylar.az

10Mənbələr