AZ

Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına hücum etdiyinə inanmadığını bildirib.

 "Reuters" xəbər verir ki, Tramp Putinin iqamətgahına dron hücumu ilə bağlı jurnalistlərə açıqlamasında, ümumiyyətlə, belə bir zərbənin baş verdiyinə inanmadığını deyib.

“Yaxınlıqda həqiqətən nəsə baş verib, amma bunun onunla heç bir əlaqəsi olmayıb”, – ABŞ Prezidenti əlavə edib.

O, eyni zamanda, niyə əvvəlcə Putinə inanaraq Ukraynanı günahlandırdığına aydınlıq gətirib: “Mən bunu ilk dəfə məhz həmin anda eşitdim. O, (Putin-red.) dedi ki, onun evi hücuma məruz qalıb. Biz indi bunun baş verdiyinə inanmırıq – ən azı indi, bunu yoxlaya bildikdən sonra. Amma o vaxt biz bunu, ümumiyyətlə, ilk dəfə eşidirdik”.

İş elanları AzVak.az-da

© APA

 

Seçilən
70
29
marja.az

10Mənbələr