Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Nitsa” – “Strasburq” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Monako” doğma meydanda Lion “Olimpik”inə, “Lill” isə “Renn”ə məğlub olub.
Qeyd edək ki, 17-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
17-ci tur
2 yanvar
Tuluza – Lans 0:3
Qollar: Said, 57. Tomasson, 85. Qaniu, 90+5.
3 yanvar
Monako – Olimpik (Lion) 1:3
Qollar: Kulibali, 45+4 – Şults, 38; 57. A.Vinisius, 79.
Nitsa – Strasburq 1:1
Qollar: Vahi, 54 – Paniçelli, 13-pen.
Lill – Renn 0:2
Qollar: Frankovski, 49. Merlin, 56.
4 yanvar
18:00. Olimpik (Marsel) – Nant
20:15. Brest – Oser
20:15. Havr – Anje
20:15. Loryan – Mets
23:45. PSJ – Paris
