AZ

Liqa 1: Paris derbisində PSJ sevindi – ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Loryan” – “Mets” matçında qalib müəyyənləşməyib.

Marsel “Olimpik”i doğma meydanda “Nant”a 2 cavabsız qolla uduzub.

“Brest” “Oser”i, “Havr” “Anje”ni, son çempion PSJ də “Paris”i məğlub yola salıb.

Beləliklə, geridə qalmış 17 turdan sonra 40 xala malik “Lans” vahid liderdir. PSJ 39 xalla ikincidir. Marsel “Olimpik”i və “Lill” 32, Lion “Olimpik”i ivə “Renn” 30 xal toplayıblar.

Fransa, Liqa 1
17-ci tur
2 yanvar

Tuluza – Lans 0:3
Qollar: Said, 57. Tomasson, 85. Qaniu, 90+5.

3 yanvar

Monako – Olimpik (Lion) 1:3
Qollar: Kulibali, 45+4 – Şults, 38; 57. A.Vinisius, 79.

Nitsa – Strasburq 1:1
Qollar: Vahi, 54 – Paniçelli, 13-pen.

Lill – Renn 0:2
Qollar: Frankovski, 49. Merlin, 56.

4 yanvar

Olimpik (Marsel) – Nant 0:2
Qollar: Kentonse, 31. Kabelya, 88-pen.

Brest – Oser 2:0
Qollar: Ayorke, 33. Şotar, 79.

Havr – Anje 2:1
Qollar: Ketan, 21. Obouqu, 81 – Muton, 55.

Loryan – Mets 1:1
Qollar: Dyenq, 73 – Sane, 29.

PSJ – Paris 2:1
Qollar: Due, 45. Dembele, 53 – Gebbels, 51-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
118
39
arena.az

10Mənbələr