AZ

A Seriyası: “İnter” inamlı qələbə ilə liderliyə yüksəlib

Bakı, 5 yanvar, AZƏRTAC

İtaliya A Seriyasında XVIII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan “İnter” evdə “Bolonya” ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 39-a çatdıran “İnter” liderliyə yüksəlib. Komandanın əzəli rəqibi “Milan” 38 xalla ikinci sırada qərarlaşıb. “Napoli” isə 37 xalla üçüncü yerdədir.

Seçilən
87
10
azertag.az

10Mənbələr