İtaliya A Seriyasında XVIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, autsayder "Fiorentina" evdə "Kremoneze" ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.
"Torino" isə "Verona"nı 3 cavabsız qolla məğlub edib.
Günün son qarşılaşması Milan şəhərində baş tutub. "İnter" azarkeşləri qarşısında "Bolonya"nı sınağa çəkib. 4 qolun vurulduğu matçda ev sahibləri rəqibi üzərində 3:1 hesablı qələbəyə sevinib.
"İnter" bu nəticə ilə xallarının sayını 39-a yüksəldib və liderliyə yüksəlib. Aktivində 26 xalı olan "Bolonya" isə 7-ci sırada qərarlaşıb.
Premyer Liqa: “Yunayted” “Lids”lə bacarmadı
La Liqa: Lider turu qələbə ilə başa vurdu
A Seriyası: “Komo” qalib gəldi, “Yuventus” xal itirdi
Premyer Liqa: Autsayder mövsümdə ilk qələbəsini qazanıb
Premyer Liqa: “Liverpul” “Lids”lə bacarmadı