AZ

A Seriyası: “İnter” evdə, “Napoli” səfərdə qələbə qazandı – ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“İnter” doğma meydanda “Bolonya”nı, “Fiorentina” isə “Kremoneze”ni məğlub edib. Son çempion “Napoli” səfərdə “Latsio”ya, “Torino” da “Verona”ya qalib gəlib.

Beləliklə, geridə qalmış 18 turdan sonra 39 xala malik “İnter” vahid liderdir. “Milan” 38 xalla ikinci, “Napoli” 37 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”la “Roma”nın 33, “Komo”nun 30 xalı var.

İtaliya, A Seriyası
18-ci tur
2 yanvar

Kalyari – Milan 0:1
Qol: Leao, 50.

3 yanvar

Komo – Udineze 1:0
Qol: Da Kunya, 18-pen.

Cenoa – Piza 1:1
Qollar: Kolombo, 15 – Leris, 38.

Sassuolo – Parma 1:1
Qollar: Torstvedt, 12 – Pelleqrino, 24.

Yuventus – Leççe 1:1
Qollar: Makkenni, 49 – Banda, 45+2.

Atalanta – Roma 1:0
Qol: Skalvini, 12.

4 yanvar

Latsio – Napoli 0:2
Qollar: Spinatsola, 13. Rrahmani, 32.

Fiorentina – Kremoneze 1:0
Qol: M.Kin, 90+2.

Verona – Torino 0:3
Qollar: C.Simeone, 10. Kasadey, 87. Njie, 90+1.

İnter – Bolonya 3:1
Qollar: Zyelinski, 39. L.Martines, 48. M.Türam, 74 – S.Kastro, 83.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
120
42
arena.az

10Mənbələr