AZ

Ələt Astara yolunda qəza: KamAZ və Hunday toqquşdu

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Ələt–Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, əks istiqamətlərdə hərəkətdə olan “KamAZ” markalı yük avtomobili ilə “Hunday” markalı minik avtomobili toqquşub.

Güclü zərbə nəticəsində “Hunday” markalı avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb, “KamAZ” isə idarəetmədən çıxaraq yol kənarına düşüb. Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində qısa müddətli çətinlik yaranıb.

Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
123
50
axar.az

10Mənbələr