AZ

Baku Bus qəzaya düşdü VİDEO

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtda avtobus qəzaya düşüb.

"BakuBus" MMC-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 18:38 radələrində MMC-nin istismarında olan 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib:

"İlkin məlumata əsasən, qarşı istiqamətdən hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirib, əks hərəkət zolağına çıxıb və nəticədə avtobusla minik avtomobili arasında qəza baş verib. Hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyi təmin edilib və operativ şəkildə həmin marşrut üzrə hərəkət edən digər 6 nömrəli avtobusa yönləndirilib.

Hadisə ilə bağlı dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

Murad İbrahimli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
23
unikal.az

10Mənbələr