ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xırdalanda qaydaları kobud şəkildə pozan xanım sürücü yolu kəsib. Avtosfer.az xəbər verir ki, görüntü 9 nömrəli məktəbin qarşısında qeydə alınıb. Belə ki, 99-HR-770 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü həm ikinci cərgədə parklanma edib, həm də həyətin giriş-çıxışını məhdudlaşdırıb. Qeydə alınan videodan da aydın şəkildə görünür ki, həm həyətə girən, həm də həyətdən çıxan sürücülər çətinliklə üzləşiblər. Görüntünü çəkən sürücü qeyd edir ki, həmin xanım sürücüyə irad bildirib. Lakin o, səhvini anlamayaraq "5 dəqiqəlik saxlayıb uşağımı məktəbdən götürürdüm" deyərək özünə haqq qazandırmağa çalışıb.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.