AZ

Qobustanda qəza - Xəsarət alan var

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax tolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı maşınla toqquşub.

Hadisə nəticəsində "Chevrolet"in sürücüsü 26 yaşlı Rəfa Ağalı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
91
50
bakivaxti.az

10Mənbələr