AZ

Ələt Astara magistralında “KamAZ”la minik avtomobili toqquşdu VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ələt–Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.Bizim.Media xəbər verir ki, ilkin məlumatlara görə, əks istiqamətlərdə hərəkətdə olan “KamAZ” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

 

Güclü toqquşma nəticəsində “Hyundai” markalı avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb, “KamAZ” isə idarəetmədən çıxaraq yol kənarına düşüb.

Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində qısa müddətli çətinlik yaranıb.Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
124
44
bizim.media

10Mənbələr