Bakı. Trend:
Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanınkrallığın bir hissəsi olduğunu vurğulayıb və ABŞ-ı təhdidlərinidayandırmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə Danimarkanın Baş naziriaçıqlamasında bildirib.
O qeyd edib ki, Vaşinqtonun adaya nəzarəti ələ keçirməsinin heçbir mənası yoxdur.
"ABŞ-nin üç Birlik ölkəsindən heç birini ilhaq etmək hüququyoxdur. Danimarka Krallığı və, beləliklə, Qrenlandiya NATO-nun birhissəsidir və buna görə də alyansın təhlükəsizlik zəmanətlərialtındadır. Artıq Krallıqla ABŞ arasında ABŞ-yə Qrenlandiyaya genişgiriş imkanı verən müdafiə müqaviləmiz var və biz Krallığıntərəfində Arktika təhlükəsizliyinə böyük sərmayə qoymuşuq", - deyəbildirilib.
"Buna görə də, mən ABŞ-yi tarixən yaxın müttəfiqinə, eləcə dəsatış üçün olmadığını açıq şəkildə bildirən başqa bir ölkəyə vəbaşqa bir xalqa qarşı təhdidləri dayandırmağa çağırıram", - deyə oəlavə edib.