BAKI, 5 yanvar. TELEQRAF
Finlandiya və Norveç ABŞ-nin təhdidləri fonunda Danimarkanı dəstəkləyib.
Teleqraf xəbər verir ki, Finlandiya prezidenti Aleksander Stubb və Norveçin baş naziri Yonas Stoere ABŞ-nin Qrenlandiya ilə bağlı səsləndirdiyi bəyanatlar fonunda Danimarkaya dəstəklərini ifadə ediblər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trump Qrenlandiyanın müdafiə məqsədləri üçün Vaşinqtonun nəzarətinə ehtiyac olduğunu bildirib. O, adanın Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu iddia edib.
Danimarkanın baş naziri Mette Frederiksen isə Qrenlandiyanın Krallığın ayrılmaz hissəsi olduğunu vurğulayaraq ABŞ-ı hədələrə son qoymağa çağırıb.
Norveçin baş naziri sosial şəbəkədə paylaşımında qeyd edib ki, Qrenlandiya Danimarka Krallığının ayrılmaz hissəsidir və Norveç Krallıqla tam həmrəydir.
Finlandiya prezidenti Aleksander Stubb isə bildirib ki, Qrenlandiya və Danimarka əvəzinə qərar qəbul etmək heç kimin səlahiyyətində deyil: "Skandinaviya dostumuz Danimarka və onun hökuməti bizim tam dəstəyimizə malikdir”.
Qeyd edək ki, Qrenlandiya hökumətinin rəhbəri Jens-Frederik Nielsen daha əvvəl ABŞ-nin sabiq administrasiya nümayəndəsi Keti Millerin Qrenlandiya ilə bağlı paylaşımını hörmətsizlik kimi qiymətləndirsə də, panikaya əsas olmadığını bildirib. O vurğulayıb ki, Qrenlandiya satılmır və onun gələcəyi sosial şəbəkə paylaşımları ilə müəyyən edilmir.