AZ

Finlandiya və Norveç ABŞ-nin Qrenlandiya ilə bağlı açıqlaması fonunda Danimarkanı dəstəkləyib

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ABŞ-nin Qrenlandiyanın müdafiəsinə nəzarət ehtiyacı ilə bağlı açıqlamaları fonunda Danimarkaya dəstəklərini ifadə ediblər.

"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp daha əvvəl "The Atlantic"ə müsahibəsində Birləşmiş Ştatların "müdafiə üçün Qrenlandiyaya nəzarətə ehtiyacı olduğunu" bildirərək, Danimarkanın muxtar ərazisi olan adanın Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu iddia edib.

Danimarkanın Baş naziri Mette Frederiksen cavab olaraq Qrenlandiyanın krallığın bir hissəsi olduğunu vurğulayaraq və Vaşinqtonu bu cür təhdidləri dayandırmağa çağıraraq, Amerikanın ada üzərində nəzarətinin qurulması üçün heç bir əsas olmadığını qeyd edib.

"Qrenlandiya Danimarka Krallığının ayrılmaz hissəsidir. Norveç Krallıqla tam həmrəydir", - Störe "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Stubb da öz növbəsində qeyd edib ki, Qrenlandiya və Danimarkanın özlərindən başqa heç kimin gələcəyi ilə bağlı qərar vermək hüququ yoxdur. "Skandinaviya ölkəsi - dostumuz Danimarka və Baş nazirin Dəftərxanası bizim tam dəstəyimizə malikdir", - o, "X"də yazıb.

Seçilən
86
28
far.az

10Mənbələr