ABŞ prezidenti Ukraynanın Putinin iqamətgahınadron zərbəsi ilə bağlıə Rusiyanın iddiasını inandırıcı saymır...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna qüvvələrinin pilotsuz uçuş aparatları ilə Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etdiyinə inanmadığını bəyan edib. O, jurnalistlərə öz təyyarəsində verdiyi açıqlamada bildirib ki, məsələ yoxlanıldıqdan sonra bu hadisənin baş verdiyinə dair inam formalaşmayıb və ABŞ tərəfi zərbənin reallığını təsdiqləmir.
Xatırladaq ki, ötən ilin 29 dekabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin Novqorod vilayətində yerləşən Putinin iqamətgahını dronlarla hədəf almağa cəhd etdiyini açıqlamışdı. The Wall Street Journal isə yazmışdı ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya tərəfinin bu hücumla bağlı iddialarına şübhə ilə yanaşıb.
Daha sonra Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb və bildirilib ki, vurulan pilotsuz uçuş aparatına aid marşrutlaşdırma məlumatlarının deşifrə olunmuş materialları və idarəetmə kontrolleri ABŞ-nin Moskvadakı səfirliyindəki hərbi attaşenin nümayəndəsinə təqdim edilib.
Müşahidəçilərin fikrincə, Trampın açıqlaması Vaşinqtonun bu insidentə rəsmi yanaşmasını açıq şəkildə ortaya qoyur və iddiaların beynəlxalq səviyyədə qəbul olunmadığını göstərir.
Poliqon.info