AZ

Baydenə ABŞ nin keçmiş prezidentləri arasında ən böyük təqaüd təyin edildi

ain.az, Yeniavaz saytına istinadən bildirir.

ABŞ-nin keçmiş prezidenti Co Baydenə Ağ Evə rəhbərlik edən keçmiş prezidentlər arasında ən böyük dövlət təqaüdü təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” (NYP) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Baydenin təqaüdü ABŞ-nin keçmiş prezidentləri arasında rekord məbləğdə - ildə təxminən 417 000 dollar olacaq ki, bu da onun prezidentlik dövründəki maaşından çoxdur.

Bu məbləğ həmçinin ABŞ-nin keçmiş prezidenti Barak Obamanın təqaüdünü də təxminən iki dəfə geridə qoyur.

Milli Vergi Ödəyiciləri Fondunun vitse-prezidenti Demian Bredinin sözlərinə görə, Baydenin uzun siyasi karyerası onun niyə bu qədər yüksək təqaüd aldığını izah edir.

O, qeyd edib ki, keçmiş prezident vəzifəsindən ayrıldıqdan sonrakı ilk il ərzində iki dövlət pensiya fondundan ödənişlər almaq hüququ qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
21
yeniavaz.com

10Mənbələr