ABŞ-ın keçmiş prezidenti Co Baydenə Ağ Evdə çalışan keçmiş prezidentlər arasında ən böyük dövlət pensiyası verilib...
Poliqon xəbər verir ki, bu barədə The New York Post (NYP) qəzeti yazıb.
Nəşrin məlumatına görə, Bayden ildə təxminən 417.000 dollar alır ki, bu da onun prezidentlik dövründəki maaşından çoxdur. Bu məbləğ ABŞ-ın digər keçmiş prezidenti Barak Obamanın pensiyasından təxminən iki dəfə yüksəkdir.
Milli Vergi Ödəyiciləri Fondunun vitse-prezidenti Damian Bredinin sözlərinə görə, belə yüksək pensiya Baydenin uzun siyasi karyerası ilə bağlıdır. Ekspert qeyd edib ki, keçmiş prezident vəzifəsindən ayrıldıqdan sonrakı ilk il ərzində iki dövlət pensiya fondundan ödənişlər almaq hüququ qazanıb.
Bu yay Politico məlumatlı mənbələrə istinadən xəbər verib ki, Bayden təqaüddə qənaətcil həyat sürür, lüksdən və kommersiya uçuşlarından yayınır.
Poliqon.info