Donald Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına hücum etdiyinə inanmadığını bildirib.
Herbiand.az xarici agentliklərə istinadən xəbər verir ki, jurnalistlərlə söhbətində bildirən ABŞ prezidenti ümumiyyətlə belə bir həmlənin oluğuna inanmadığını deyib.
“Yaxınlıqda həqiqətən nəsə baş verib, amma bunun onunla heç bir əlaqəsi olmayıb”.
Tramp etiraf edib ki, o əvvəlcə Putinə inanıb və Uktaynanı günahlandırıb:
“Mən bunu ilk dəfə məhz həmin anda eşitdim. O (red. Putin) dedi ki, onun evi hücuma məruz qalıb. Biz indi bunun baş verdiyinə inanmırıq – ən azı indi, bunu yoxlaya bildikdən sonra. Amma o vaxt biz bunu ümumiyyətlə ilk dəfə eşidirdik”.