AZ

Venesuela hadisələri Azərbaycan iqtisadiyyatı üçün narahatlığa əsas yaratmır



Həftə sonu Venesuelada baş verənlər dünyanın əsas diqqət mərkəzində olan hadisəyə çevrildi. Maduro hakimiyyətinin sona çatmasının dünya iqtisadiyyatına, əsas etibarilə də neft sənayesinə ciddi təsir göstərəcəyi əsas proqnozlar sırasındadır. Ekspertlər hesab edirlər ki, Birləşmiş Ştatların Venesuela neftinə yiyələnməsi öz-özlüyündə qlobal neft bazarına təsirsiz ötüşməyəcək. Bu mənfi tendensiyanın Azərbaycan neftinə, dolayı yolla ümumilikdə iqtisadiyyata təsirsiz ötüşməyəcəyi ehtimal olunur.

İqtisadçı ekspert Günay Hüseynova isə hesab edir ki, Venesuelada baş verənlərin Azərbaycan iqtisadiyyatı üçün ciddi təhıükəsiz yoxdur. Newscenter.az-a verdiyi açıqlamada Günay Hüseynova deyib ki, Venesuela nefti ağır neftdir və çıxarılması üçün ABŞ texnologiyasına ehtiyac var:

“Həmçinin, əvvəlki köhnəlmiş texnologiya bu günün standartlarına cavab vermir. Düşünürəm ki, baş verən hadisələr qısa müddətli olacaq. Əks təqdirdə bu, dövlət büdcəsinin 90 faizi neft gəlirlərindən əldə olunan ölkə üçün ağır iqtisadi vəziyyətdir”.

İqtisadçı bildirib ki, bütün bunlara baxmayaraq sözügedən hadisələr Azərbaycan iqtisadiyyatı üçün narahatlığa əsas yaratmır.

Süleyman
Seçilən
75
25
newscenter.az

10Mənbələr