AZ

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Avropa İttifaqı(Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 18,716 milyardABŞ dolları təşkil edib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 951,2 milyon ABŞ dolları və ya 5,3%çoxdur.

Məlumata əsasən, 2024-cü ilin ilk 11 ayındakı göstəricilərləmüqayisədə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 6,1% artaraq16,2 milyard ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə1% artaraq 2,537 milyard ABŞ dolları təşkil edib.

Ötən ilin 11 ayı ərzində Aİ ölkələrinin Azərbaycanın ümumiixracında payı 69,14%, idxalda payı isə 11,97% təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcılolaraq İtaliya, Almaniya, İsveçrə və Çexiya ilə formalaşıb.

Bu müddətdə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 11,243milyard ABŞ dolları (+9%), Almaniya ilə 1,298 milyard ABŞ dolları(-9%), İsveçrə ilə 890,3 milyon ABŞ dolları (2,1 dəfə çox), Çexiyailə isə 807,6 milyon ABŞ dolları (-22,4%) təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanxarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 1,480milyard dollar və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.

Seçilən
86
6
az.trend.az

10Mənbələr