Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan və MüstəqilDövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinindəyəri 6,784 milyard ABŞ dolları təşkil edib.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 458,5 milyon ABŞ dolları və ya 7,2%çoxdur.
Məlumata əsasən, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədəAzərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4,3% artaraq 1,627milyard ABŞ dolları, idxalının dəyəri isə 8,2% artaraq 5,157milyard ABŞ dolları olub.
Ötən ilin 11 ayı ərzində MDB ölkələrinin Azərbaycanın ümumiixracında payı 6,95%, idxalında payı isə 24,34% olub.
Hesabat dövründə Azərbaycanın MDB ölkələri üzrə ən çox ticarətdövriyyəsi ardıcıl olaraq Rusiya, Qazaxıstan və Özbəkistan iləformalaşıb.
Bu müddətdə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4,508milyard ABŞ dolları (+3%), Qazaxıstan ilə 627,2 milyon ABŞ dolları(1,5 dəfə çox), Özbəkistan ilə isə 506,6 milyon ABŞ dolları (2,3dəfə çox) təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanxarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 1,480milyard dollar və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.
Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.