AZ

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 7% dən çox artıb

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 458,5 milyon ABŞ dolları və ya 7,2% çoxdur. Məlumata əsasən, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4,3% artaraq 1,627 milyard ABŞ dolları, idxalının dəyəri isə 8,2% artaraq 5,157 milyard ABŞ dolları olub. Ötən ilin 11 ayı ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 6,95%, idxalında payı isə 24,34% olub. Hesabat dövründə Azərbaycanın MDB ölkələri üzrə ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Qazaxıstan və Özbəkistan ilə formalaşıb. Bu müddətdə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4,508 milyard ABŞ dolları (+3%), Qazaxıstan ilə 627,2 milyon ABŞ dolları (1,5 dəfə çox), Özbəkistan ilə isə 506,6 milyon ABŞ dolları (2,3 dəfə çox) təşkil edib. Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur. Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb. Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır. AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
6
azvision.az

10Mənbələr