AZ

Mahir Emreli zədəsini sağaltdı – əlavə testlərdən keçəcək – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının və Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emreli zədəsini sağaldıb.

Arena.az xəbər verir ki, Mahirlə yanaşı, İvan Prtajin də artıq məşqlərə start verib.

Klub rəsmi sosial şəbəkə hesabında hər iki futbolçunu yenidən məşqlərə qatılaması münasibətilə təbrik edib.

Qeyd edək ki, Mahir zədəsini sağaltsa da, əlavə testlərdən keçəcək. Hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun 2-3 həftə sonra meydana çıxa biləcəyi gözlənilir.

Mahir Emreli ötən ilin noyabrında “Herta”ya qarşı keçirdikləri oyunda zədələnmişdi. O, mövsümün ilk yarısında İkinci Bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Emrelinin “Kayzerslautern”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
11
arena.az

4Mənbələr