AZ

NATO ölkələri ABŞ səfirlərini Qrenlandiya məsələsinə görə geri çağırmalıdır- ÖZƏL 

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri, Almaniyanın Azad Demokrat Partiyasının üzvü Mari-Agnes Ştrak-Simmerman ABŞ rəhbərliyinin Qrenlandiyaya nəzarəti ələ keçirmək barədə açıqlamalarına reaksiyaya olaraq NATO ölkələrini Vaşinqtonun səfirlərini geri çağırmağa çağırıb. Olaylar.az xəbər verir ki, o, Funke Media qrupuna verdiyi müsahibəsində bildirib ki, Danimarka ilə həmrəylik nümayiş etdirmək üçün bütün NATO dövlətləri ABŞ-ın Qrenlandiyanı ələ keçirmə istəyinə qarşı narazılıqlarını açıq şəkildə ifadə etməlidirlər.
"Danimarka ilə həmrəylik naminə bütün NATO ölkələri ABŞ səfirlərini mümkün qədər tez geri çağırmalı və bu işğal istəyi ilə bağlı etirazlarını bildirməlidir. Trampdan narazılıq yaratmamaq üçün heç nə etməmək və xaosun tezliklə bitəcəyinə ümid etmək sadəlövhlük və təhlükəlidir", - deyə o bildirib.
Ştrak-Simmerman qeyd edib ki, ABŞ prezidentinin ekspansionist niyyətləri və ölkənin təsir zonasını qanunsuz şəkildə genişləndirmək cəhdləri Qrenlandiyanın zorla ələ keçirilməsi ehtimalını real göstərir.
Xatırladaq ki, yanvarın 4-də ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını və bu ərazi üzərində nəzarətin Vaşinqton üçün vacib olduğunu demişdi. Onun sözlərinə görə, ada ətrafında Rusiya və Çin gəmilərinin aktivliyi artıb, Danimarka isə ərazinin təhlükəsizliyini kifayət qədər təmin edə bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
74
50
olaylar.az

10Mənbələr