Avropa Parlamentinin üzvləri Vaşinqtonun şərtlərinə əməl etməməsi səbəbindən ABŞ ilə yeni ticarət müqaviləsinin ratifikasiyasının dayandırılması ehtimalını müzakirə edirlər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" qəzeti Avropa Parlamentinin (AP) Beynəlxalq Ticarət Komitəsinin rəhbəri Bernd Langeyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci ilin iyul ayında müqavilənin imzalanmasından cəmi üç həftə sonra ABŞ birtərəfli qaydada polad və alüminium üçün tarifləri 15%-dən 20%-ə qaldırıb. Bu, tariflərin müzakirə olunmalı və tədricən azaldılmalı olduğunu nəzərdə tutan müqavilənin ruhuna ziddir.
"Bu düzəldilənə qədər ABŞ-ın bütün sənaye və kənd təsərrüfatı məhsullarına sıfır tariflərlə razılaşmaq üçün heç bir səbəb görmürəm", - Lange bildirib.