Şirazın cənubunda təhlükəsizlik qüvvələri yanvarın 7-də etirazçı tacirlərə qarşı güc tətbiq edib. Video-materiallarda bu zaman gözyaşardıcı qazdan istifadə edildiyi görünür. Kirman şəhərində də dükançılar mağazalarını bağlayaraq etiraz aksiyası keçiriblər.
![]() |
| Etirazçılar İranın iki şəhərini tutublar| VİDEO |
Onun sözlərinə görə, bu, İran rəhbərliyinin“hakimiyyətin mümkün süqutuna hazırlaşdığından”xəbər verə bilər.
“Biz həmçinin Rusiya yük təyyarələrinin Tehrana enşini, ehtimal ki, silah və sursat daşıdığını görürük.İrandan isə çoxlu miqdarda qızılın daşınması barədə xəbərlər alırıq. Hökumət“rejimin özünün süqut etməyə hazırlaşdığını göstərən” bu məlumatları şərh edə bilərmi?”, - Tom Tuqendhat Böyük Britaniya parlamentinin iclasında deyib.
Lakin Böyük Britaniyanın Yaxın Şərq və Şimali Afrika üzrə naziri Hemiş Falkoner bu xəbərlərlə bağlı ətraflı məlumat verə bilməyəcəyini bildirib.
Eyni zamand, nazir vurğulayıb ki, London sərbəst toplaşmaq və etiraz etmək hüququnu“İran xalqının ayrılmaz hüquqları”sayır və İslam Respublikasının hakimiyyəti buna hörmət edilməlidir.
Xatırladaq ki, bundan əvvəl “Fox News” telekanalı İranda iki şəhərin artıq etirazçıların nəzarəti altına keçdiyi barədə məlumat yayıb.
— Newsfeed (@Newsfeed883920) January 7, 2026
Sahil İsgəndərov
AzVision.az
