Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, “El Nacional” nəşrinin məlumatına görə, müxalif siyasətçisi Xuan Pablo Quanipa və hüquq müdafiəçisi Rosio San-Migel azadlığa buraxılacaqlar. KİV-lər həmçinin müxalifətin Venesuelada keçirilən son prezident seçkilərinin əsl qalibi hesab etdiyi siyasətçi Edmundo Qonzales Urrutiyanın kürəkəni Rafael Tudaresin azadlığa buraxıla biləcəyi barədə xəbərlər yayıblar. “Venesuela “azad və müstəqil” dövlət kimi qalır və hücumlar zamanı heç kim boş-bekar qalmayıb. Burada heç kim təslim olmadı. Vətənimiz, biz azad edənlərimiz uğrunda döyüş gedirdi”, - hazırda müvəqqəti olaraq Venesuela prezidenti vəzifəsini icra edən vitse-prezident Delsi Rodriqes vurğulayıb. 
ABŞ-yə gətirilən Maduro: “Yeni iliniz mübarək!”
Xatırladaq ki, yanvarın 3-də Amerikalı xüsusi təyinatlı qüvvələrin keçirdiyi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Selia Flores ABŞ-nin Federal Təhlükəsizlik Bürosunun agentlərinin müşayiəti ilə gecə ikən təyyarədə Nyu-Yorka gətiriliblər. Vaşinqton bir sıra ittihamlar əsasında onların ABŞ-nin ədalət məhkəməsi qarşısına çıxarılacağını bildirib. Eyni zamanda, ABŞ prezidenti baş verənlərin arxasında Venesuelanın məhz zəngin neft ehtiyatlarına marağı dayandığını açıq-aşkar bəyan edir. Yeri gəlmişkən, Ağ Evin rəhbəri “Fox News” telekanalına müsahibəsində ABŞ-nin Venesuela neftindən yalnız bir gündə 4 milyard dollar qazandığını deyib.
pic.twitter.com/ShQm0IOS0u
— Newsfeed (@Newsfeed883920) January 9, 2026
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.