SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb -Foto
8 yanvar 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.
Görüşdə SOCAR ilə “TotalEnergies” şirkətinin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti, o cümlədən “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.
Tərəflər enerji sahəsində Azərbaycanda və ölkə xaricində mümkün əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.