AZ

SOCAR və “TotalEnergies” şirkətinin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.

Neft Şirkətinin məlumatına görə, görüşdə SOCAR ilə “TotalEnergies” şirkətinin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti, o cümlədən “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Tərəflər, həmçinin enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Seçilən
39
11
vergiler.az

10Mənbələr