AZ

SOCAR ilə “TotalEnergies” “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib  

SOCAR-ın prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR ilə “TotalEnergies” şirkətinin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti, o cümlədən “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Tərəflər enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Seçilən
73
11
azerbaijan-news.az

10Mənbələr