AZ

Ötən il “Araz” mağazalarında 300 kiloqrama yaxın batareya toplanıb

“Veysəloğlu Şirkətlər Qrupu”na daxil olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər Fondu” tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsində aktiv iştirakını davam etdirir.

Layihə çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən filialında ümumilikdə 21 kiloqram işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması, onların xüsusi şəraitdə utilizasiya olunması, həmçinin ictimaiyyətdə ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirmənin gücləndirilməsidir.

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi və SPAR filiallarında 2025-ci ildə ümumilikdə 300 kiloqrama yaxın istifadəyə yararsız batareya toplanaraq utilizasiya üçün “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. Hazırda şirkətin baş ofisi və 29 filialında istifadəyə yararsız batareyaların toplanması üçün qutular yerləşdirilib.

Seçilən
32
6
ekologiya.az

7Mənbələr