Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsində aktiv iştirakını davam etdirir.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi və SPAR filiallarında 2025-ci ildə ümumilikdə 300 kq-a yaxın istifadəyə yararsız batareya toplanaraq utilizasiya üçün “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. Hazırda şirkətin baş ofisi və 29 filialında istifadəyə yararsız batareyaların toplanması üçün qutular yerləşdirilib.